AZ

Bəstəkar səhhətindən şikayətləndi: Oturub müsahibə verirəm

Şair-bəstəkar Xanım İsmayılqızının səhhətində problem yaranıb.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, "İncə səhər" verilişində deyib.

Bəstəkar bildirib ki, ötən il baş tutan “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsindən sonra vəziyyəti pisləşib:

"Yanvardan iyuna kimi konsertə hazırlıq vaxtı ağır və gərgin həyatım oldu. Ondan sonra səhhətimdə problemlər yarandı. 6 aydır səhhətimlə mübarizə aparıram. İndi tam da olmasa, bir az özümə gəlmişəm. Onurğa problemim var idi. Bu günümə şükür edirəm, oturub müsahibə verirəm. Bayaqdan bu da mümkün deyildi, yataqda idim". 


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr