AZ

İran sosial mediada dezinformasiya yaymaqla Suriyada parçalanma yaratmaq istəyir

“Reuters” agentliyinin dünən verdiyi məlumata görə, analitiklər BəşarƏsədin düşmənləri və hətta keçmiş müttəfiqlərinin dezinformasiyanın geniş yayılması, məzhəblərarası gərginliyi qızışdırmaq və yeni hökumətin yaradılması prosesini pozmaqla Suriyanın sosial media məkanını hədəfə aldıqları barədə xəbərdarlıq edir.

Bu dezinformasiya kampaniyalarında yerli və xarici aktorlar, o cümlədən Rusiya, Çin, #ran və İsrail iştirak edir. Suriya Faktların Araşdırılması İnstitutu bəyan edib ki, İran və Çin də daxil olmaqla, Bəşar Əsədi dəstəkləyən geosiyasi aktorlar rəqəmsal platformalardan hekayələri təhrif etmək, bölgüləri gücləndirmək və mürəkkəb kampaniyalar apararaq demokratik səyləri sarsıtmaq üçün istifadə edirlər.
Bu dezinformasiya sosial mediada, saxta profillərdə, botlarda və süni intellekt tərəfindən yaradılan şəxslərdə əlaqələndirilmiş kampaniyalar vasitəsilə paylaşılır. 

visiontv.az



Seçilən
24
visiontv.az

1Mənbələr