AZ

Panfarsçılar birbaşa Xameneinin ofisindən idarə olunurlar

Biz burada 34 ildir müstəqil olmağımıza rəğmən, bu gün hələ də bəzi soydaşlarımız müstəmləkəçi ölkənin dilinin - rus dilinin müdafiəçisi, vəkili rolunda çıxış etdiyi halda, Güney Azərbaycanda isə millətimizin böyük bir qismi ana dilində danışmağa, yazmağa, təhsil almağa, kitab çap etdirməyə həsrətdir.

Tehranın “Azadi” stadionunda baş verən xoşagəlməz olaylar və irqçi panfarsçılar tərəfindən Azərbaycan türklərinə qarşı təhqiramiz şüarların səsləndirilməsi də bunun əyani sübutudur.

İranın azərbaycanlı prezidenti Məsud Pezeşkian Təbrizin “Traktor” və Tehranın “Persopolis” futbol komandalarının “Azadi” stadionunda keçirilən oyununda baş verənlərə münasibət bildirərkən deyib ki, "Azadi" stadionunda baş verənlər və təhqiramiz şüarlar qəbuledilməzdir.

Pezeşkian daha sonra hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün tapışırıq verəcəyini söyləyib və bildirib ki, “bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər”.

Əlbəttə, azğın fars irqçilərinə qarşı mütləq sərt tədbirlər görülməlidir.

Lakin görüləcəkmi?

Əmin deyiləm.

Çünki fars irqçilərini Güney Azərbaycan türklərinin üzərinə qısqırdan da elə molla rejiminin özüdür. Panfarsçılar birbaşa Xameneinin ofisindən idarə olunurlar. SEPAH da onlara havadarlıq edir.

Ona görə də Pezeşkianın sərt tədbirlərin görülməsinin vacibliyi ilə bağlı fikirlər də yəqin ki, havadan asılı qalacaq.

Bəs, bu cür cəzasızlıq mühitində Güney Azərbaycan türkləri öz haqqlarını qorumaq üçün nə etməlidirlər?

Güneyli soydaşlarımız zaman-zaman üz-üzə qaldıqları quduz fars faşizmini dayandırmaq üçün birləşməlidirlər.

Təbrizlilər o təhqirli sözləri farslara yedirtməlidirlər.

Bir sözlə, molla rejiminə başa salınmalıdır ki, Güney azərbaycanlıların milli heysiyyəti ilə əsla oynamaq olmaz!

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr