AZ

ABŞ-dəki yanğınlar nəzarət altına alınıb - Zərərin 250 milyard dolları keçməsi gözlənilir

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanvarın 7-də başlayan Palisades və Eaton yanğınları 25 gün sonra nəzarətə altına alınıb.

"AzPolitika" xəbər verir ki, Palisades 23.000 hektar ərazini, İton isə 14.000 ərazinin yanmasına səbəb olub. Nəticədə 16000-dən çox tikili yararsız hala düşüb, yanğınlarda ümumilikdə 29 nəfər həyatını itirib.

İqtisadi itkilərin 250 milyard dolları keçəcəyi gözlənilir.

Məlumata görə, yanğınların maliyyə təsiri təkcə ABŞ-də deyil, Avropanın sığorta şirkətlərinə də təsir edə bilər. Belə ki, dünyanın ən böyük təkrarsığorta şirkətləri arasında yer alan "Swiss Re" 160 milyon avro, "Munich Re" 220 milyon avro, "Hannover Re" 180 milyon avro və "SCOR" 50 milyon avro itirə bilər.

"AzPolitika.info"

Seçilən
32
1
azpolitika.info

2Mənbələr