Şimali Avropanın ən böyük şiə icması sayılan Stokholm ətrafındakı İmam Əli İslam Mərkəzinin imamı, 63 yaşlı iranlı molla, Möhsün Həkimollahi həbs edilib. O deportasiya ediləcək.
Məlumata görə, mülki geyimli şəxslər təxminən iki həftə əvvəl gecə yarısı iranlı mollanı iqamətgahına gələrək onu aparıblar.
Həkimollahiyə yaxın mənbələr onun on gündən artıqdır ki, həbsdə olduğunu və İsveç immiqrasiya mərkəzində saxlanıldığını bildirir.
İsveç İmmiqrasiya Xidmətinin sənədlərinə əsasən, İran hökumətinə bağlı bu mollanın deportasiya qərarı yanvarın 30-da verilib.
Bildirilir ki, 2011-ci ildə Tehran tərəfindən bu şiə mərkəzinin imamətini öz üzərinə götürmək üçün İsveçə göndərilən Möhsün Həkimollahi 2017-ci ilin dekabrında İsveçdə daimi yaşayış hüququ alıb. İsveç isə indi bu icazəni ləğv edib.
Qeyd edək ki, İsveçdən əvvəl Almaniya hökuməti ötən ilin sentyabrında Brandenburq əyalətindəki “Əl-Salam” İslam Mərkəzinin HƏMAS-ı dəstəklədiyi üçün fəaliyyətini davam etdirməsinə mane olmuş və Hamburq İslam Mərkəzinin rəhbərini Almaniya ərazisindən qovmuşdu.
visiontv.az