Neymar “Santos”da Pelenin nömrəsi ilə çıxış edəcək
Braziliyanın “Santos” klubunun yeni hücumçusu Neymar klubda üçqat dünya çempionu Pelenin geyindiyi 10 nömrə altında çıxış edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Santos” klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, 2009-2013-cü illərdə bu klubda 11 nömrə ilə çıxış edib.
“Kral Pele, sənin arzuların mənim əmrlərimdir. Taxt və tac həmişə sənin olacaq, çünki sən əbədisən. 10 nömrə - “Santos” və dünya üçün çox şey ifadə edən bu müqəddəs formanı geyinmək mənim üçün şərəf olacaq. Kral Pele, əfsanənizi şərəfləndirmək üçün əlimdən gələni etməyə söz verirəm”, - deyə klubun mətbuat xidməti Neymardan sitat gətirib.