AZ

41 yaşında “daha bəsdi” dedi

Nəhayət, Felipe Melo çoxdan gözlənilən qərarı verib.

Braziliya yığmasının sabiq oyunçusu karyerasını başa vurub.
Bu barədə 41 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb. Onun sonuncu klubu “Fluminense” olub. Felipe Melo karyerası ərzində müxtəlif komandaların formasında 800 oyuna çıxaraq 62 qol vurub və 24 məhsuldar ötürmə verib.

O, uzunmüddətli futbolçu həyatı boyunca “Flamenqo” (2001-03), “Kruzeyro” (2003-04), “Qremio” (2004), “Malyorka” (2005), “Rasinq” (İspaniya, 2005-07), “Almeriya” (2007-08), “Fiorentina” (2008-09), “Yuventus” (2009-11), “Qalatasaray” (2011-15), “İnter” (2015-17) və “Palmeyras”da (2017-21) çıxış edib.

Yarımmüdafiəçinin Braziliya yığmasında 22 oyuna 2 qol vurduğunu da qeyd edək.

Seçilən
25
football-plus.az

1Mənbələr