AZ

Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var?

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların istehlakkreditlərinin həcmi 8,4 milyard manat təşkil edib.

Trend-inMərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu, bir ay əvvələnisbətən 22,1 milyon manat və ya 0,3%, 2024-cü ilin əvvəli iləmüqayisədə isə 1,5 milyard manat və ya 21,7% çoxdur.

Bu o deməkdir ki, Azərbaycanda əhalinin banklara olan borcununhəcmi son bir ayda 22,1 milyon manat (0,3%), son bir ildə isə 1,5milyard manat (21,7%) artıb.

Bundan başqa, hesabat dövründə bankların ipoteka kreditlərininhəcmi 4,2 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 46,9milyon manat və ya 1,1%, 2024-cü ilin əvvlinə nisbətən isə 616,3milyon manat və ya 17% çoxdur.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanda banklarınkredit portfeli 0,4% və ya 109,5 milyon manat artaraq 27,5 milyardmanat olub.

Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53,8% (14,787.2 mln. manat);
ıı) istehlak kreditləri – 30,7% (8,445 mln. manat)
ııı) ipoteka kreditləri – 15,5% (4,245.5 mln. manat).

Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləqifadədə 4,3 milyard manat (o cümlədən, biznes kreditləri 2,170.4mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipotekakreditləri 616,4 mln. manat) artıb.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxilolmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünənəzərən 0,3 faiz bəndi azalaraq 1,5% təşkil edib.

Seçilən
10
30
az.trend.az

10Mənbələr