AZ

ABŞ-də ard-arda təyyarə qəzaları:Hava limanlarında dispetçer çatışmazlığı var?

ABŞ hava limanlarının dispetçer məntəqələrinin 90%-dən çoxunda dispetçer çatışmazlığı yaşanır.

Avtosfer.az xəbər verir ki, bu barədə CBS nəşri ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatlarının təhlilinə istinadən bildirib.

Məlumata görə, dispetçer məntəqələrinin yalnız 2%-i tam təlim keçmiş dispetçerlərin sayı üzrə 2024-cü il aviasiya standartlarına cavab verir.

Mənbə qeyd edib ki, hələ təhsilini başa vurmayanları da nəzərə alsaq, bu rəqəm təxminən 8% təşkil edir.

(oxu.az)

Seçilən
30
avtosfer.az

1Mənbələr