Avropa liderləri Ukraynaya sülhməramlı kontingentin göndərilməsi üçün ABŞ-ın dəstəyini tələb edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə "The Times" qəzeti Britaniya hökumətindəki mənbəyə istinadən yazır.
Məqalədə deyilir: “Münaqişədən sonra belə bir proses Donald Trampın dəstəyini və təhlükəsizlik zəmanətlərini tələb edəcək”.
Qəzetin mənbəsi iddia edir ki, avropalı nazirlər ABŞ-dan hava hücumundan müdafiə sistemləri və kəşfiyyat texnologiyaları ilə təminat yolu ilə "hava örtüyü" təmin etməyi xahiş ediblər.
“Əgər ABŞ bunu dəstəkləməzsə, bu ideya ölüdür”, - o əlavə edib.