"Atletiko Madrid" klubu 16 yaşlı ukraynalı qapıçı Qlib Udoviçenko ilə peşəkar müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin təfərrüatları açıqlanmır. Bununla belə, "TaToTake"-nin məlumatına görə , İspaniya nəhəngi ilə qapıçı arasında 2 illik müqavilə imzalanıb.
Udoviçenko "Vorskla" klubunun yetirməsidir. O, "Atletik"də ilk ukraynalı olub. Bununla belə, Qlib La Liqada bu ölkədən olan 5-ci qapıçıdır. İspaniya çempionatında ukraynalı qapıçılar bunlardır:
Andrey Lunin ("Real Madrid"), İlya Voloşin ("Real Madrid"), Vladislav Krapivtsov ("Jirona"), Yan Juravski ("Betis").
Mirağa