Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Mingəçevir” klubu heyətini yeni oyunçularla gücləndirib.
Arena.az saytının əldə etdiyi məlumata görə, əyalət klubu Zöhrab Əsədov, Məhəmməd Abbasov və Nihad Xəlillini də heyətinə qatıb.
Xatırladaq ki, Birinci Liqanın autsayderi daha öncə Vüqar Həsənov, Mehrac Baxşalı, Gülağa Əsədov, Rövşən Şahmuradov, Raul Məmmədov, Murad Dadaşev, Hüseyn Əliyev, Emil Həbibov, Elçin Qasımov, Rəşad Əliyev və Abba Usmanı da heyətinə qatmışdı.
Əvəzində Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Mingəçevir” Birinci Liqanın cari mövsümündə keçirdiyi 12 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Komanda 12 oyunda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.