AZ

Azərbaycan idmançılarının ölkədən kənarda verdiyi dopinq testlərin sayı açıqlanıb

2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 22 idmançısından test nümunəsi götürülüb.

AMADA-dan İdman.biz-ə verilən məlumata görə, Rusiyada 11, Almaniyada 5, Fransada 2, Belçika, İtaliya, Malayziya və Serbiyada 1 idmançı antidopinq testindən keçib.

Testetmə AMADA-nın Rusiya Antidopinq Agentliyi (RUSADA) və PWC şirkəti ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.

Ötən il AMADA 98 beynəlxalq sifariş əsasında test həyata keçirib. Bunlardan 85-i Dünya Güləş Birliyi, 10-u Beynəlxalq Cüdo Federasiyası, 2-si Beynəlxalq Boks Assosiasiyası və 1-i isə Beynəlxalq Müasir Beşnövçülük İttifaqının sifarişi ilə reallaşıb.

İdman.biz

Seçilən
27
7
idman.biz

10Mənbələr