AZ

İsrail HƏMAS-ın üçüncü girovu da azad etdiyini təsdiqləyib - YENİLƏNİB

HƏMAS-ın girovluğunda olan üçüncü israilli Kit Siqel Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

"BQXK-nın məlumatına əsasən, onlara daha bir girov təhvil verilib və bu girovlar Qəzza zolağında İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti qüvvələrinə doğru hərəkət edirlər", - məlumatda qeyd olunub.

11:02

Qəzzada azad edilmiş iki israilli - 35 yaşlı Yarden Bibas və Fransa vətəndaşlığı olan 54 yaşlı israilli Ofer Kalderon Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib..

“Report” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

Ümumilikdə bu gün üç girov azad edilməlidir. Daha sonra ABŞ-İsrail vətəndaşı olan 65 yaşlı Kit Sigel azad edilməlidir. Mübadilə iki fərqli məkanda aparılacaq.

Seçilən
36
1
far.az

2Mənbələr