Lüksemburqda ölən azərbaycanlının nəşi Azərbaycana gətiriləcək.
Yenisabah.az xəbər verir ki, səfirlik Vüqar Cəfərovun nəşinin Bakıya gətirilməsi istiqamətində müvafiq tədbirlər görür.
2 ilə yaxındır "PWC" audit və konsaltinq şirkətinin bu ölkədəki ofisində çalışan 32 yaşlı auditorun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Lüksemburqun aidiyyəti orqanları araşdırma aparır.
Vüqar Cəfərov UNEC-dən məzun olduqdan sonra müxtəlif şirkətlərdə maliyyə sahəsində çalışıb. O, 2 ilə yaxın imiş ki, Lüksemburqa köçübmüş.
Telegram kanalımız