Bakı.Trend:
Ermənistanda Zəngəzur mis-molibden kombinatının yüzlərləəməkdaşı tətil edərək, işə çıxmayıb.
Trend bu barədəerməni KİV-lərinə istinadən xəbər verir.
Müəssisənin 700 əməkdaşı əmək haqqlarının artırılmasını vərəhbərliklə sıravi işçilər arasında açıq dialoqun təşkil olunmasınıtələb edir.
“Fəhlələrin maaşları aşağıdır, orta və yüksək vəzifə tutanlarisə böyük məbləğlər alırlıar... İşçilərlə rəhbərlik arasındaümumiyyətlə dialoq mövcud deyil, bu isə çoxsaylı problemlərə yolaçır. Misal üçün, rəy, fəaliyyətin təşkili, iş keyfiyyətininartırılması və sair kimi məsələlərdə”, - deyə məlumatdabildirilir.
İşçilərin tətilinə görə kombinat ağır itkilərlə üzləşib. Etirazaksiyasının davam edəcəyi təqdirdə rəhbərliyin əksər işçiləriməcburi məzuniyyətə göndərəcəyi bildirilir.