Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 20-ci turun görüşləri keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Darmştadt"ı qəbul edib.
Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 20 turdan sonra aktivsində 28 xal olan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta