Bu gün müxtəlif yaş kateqoriyalarında olan uşaqlar arasında həvəskar xizək idmanı üzrə Heydər Əliyev Kuboku keçirilib.
Offsideplus.az xəbər verir ki, 50 nəfərin iştirak etdiyi yarış "Şahdağ" Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
13 yaşdan 18 yaşadək qızlar üzrə qalib Nurel Hacıbəyli (Azərbaycan) 41,54 saniyə ilə ilk yeri tutub. Oğlanlardan birinci pillə sahibi isə 38,41 saniyə göstərici ilə Amin Şıxov (Azərbaycan) olub.
9-12 yaş arası qızlar arasında britaniyalı Lea Makkennel (39,78 saniyə), oğlanlar arasında isə yerli Nurəddin Nəzirov (39,19 saniyə) birinci olub.
6-8 yaşadək qızlardan Hanna Makkennel (Böyük Britaniya) 48,70 saniyə, oğlanlardan Dmitri Petrenko (Azərbaycan) 58,41 saniyə nəticə göstərərək ilk pilləni tutub.