AZ

Tramp təyyarə qəzasının baş verdiyi əraziyə gedib-getməyəcəyi sualına belə cavab verdi- Üzməyə getməyimi istəyirsiniz?

Image

Yanvarın 30-da ABŞ paytaxtı Vaşinqton yaxınlığında “American Eagle Flight 5342” təyyarəsinin “Black Hawk” hərbi helikopteri ilə toqquşaraq çaya düşməsi nəticəsində böyük fəlakət baş verdi. Qəzada 67 nəfər həyatını itirdi. Ölənlərdən ən azı 40-nın cəsədinin tapıldığı bildirilir. 

Bu arada, ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı yeni açıqlamalar verib, əslində isə bunu eşindən hər kəsi təəccübləndirib. Qəza yerinə baş çəkib-çəkməyəcəyi bağlı suala Tramp belə cavab verib: "Bir yeri ziyarət edəcəyəm, amma ora hadisə yeri deyil. Siz deyin, hadisə yeri haradadır? Su? Üzməyə getməyimi istəyirsiniz? Belə etmək fikrim yoxdur".

Tramp qəza qurbanlarının yaxınları ilə görüşüb-görüşməyəcəyilə ilə bağlı suala isə cavab vermək istəmədiyini bildirib.

TAHİR





Seçilən
59
baki-xeber.com

1Mənbələr