Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün vəzifəsinin icrasına başlayıb.
Bu barədə APA-ya diplomatik nümayəndəlikdən məlumat verilib.
Qeyd edək ki, buna qədər Türkiyənin Maarif Fondunun sədri olmuş B. Akgün yanvarın 11-də ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə gətirilib.