"Rusiya Federasiyasının Ukraynanın qərbi də daxil olmaqla hədəflərə endirdiyi zərbələrlə əlaqədar olaraq, Polşa və müttəfiqlərin təyyarələri hava məkanımıza qaldırılıb".
“İki sahil” xəbər verir ki, bu barədə “X”də Polşa Silahlı Qüvvələrinin (AF) Əməliyyat Komandanlığı məlumat yayıb.
Bundan əlavə, Polşa ordusu yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərini “ən yüksək hazırlıq səviyyəsinə” çatdırıb.
Daha əvvəl bildirilib ki, fevralın 1-də Ukraynanın 9 vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”