“ABŞ prezidenti Donald Trampın dövründə bir çox ölkələrin sərhədləri dəyişə, bəziləri isə tamamilə yox ola bilər”.
Publika.az xəbər verir ki, bunu “RİA Novosti”-yə müsahibəsində beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Donald Trampın ABŞ prezidenti vəzifəsinə gəlişi bütün beynəlxalq vəziyyəti kökündən dəyişəcək. Üstəlik, onun rəhbərliyi altında bir çox dövlətlərin sərhədlərinin dəyişməsi, bəzilərinin isə tamamilə yoxa çıxması mümkündür”, - deyə o bildirib.
Mixaylov xatırladıb ki, Tramp administrasiyası artıq ABŞ-ın Qrenlandiyaya, Panama kanalına iddialarını elan edib.