Bakı. Trend:
Almaniyanın sabiq prezidenti Horst Köhler bugün səhər 81 yaşındavəfat edib.
Trend bubarədə Almaniya prezident ofisinin saytına istinadən məlumatverir.
Məlumata görə, keçmiş dövlət başçısı qısamüddətli ağırxəstəlikdən sonra Berlində ailəsinin yanında dünyasını dəyişib.
Qeyd edək ki, Horst Köhler 2004-2010-cu illərdə Almaniyanındoqquzuncu federal prezidenti vəzifəsini tutub.