AZ

ABŞ-da sərnişin təyyarəsi ilə toqquşmuş hərbi helikopterin qara qutusu tapılıb

ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə toqquşmuş hərbi helikopterin qara qutusu tapılıb.

İki sahil” xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) rəsmisi Todd İnman məlumat verib.

İnman, qara qutunun NTSB-nin qərargahına təhlükəsiz şəkildə gəldiyini və agentliyin məlumatlardan qəti nəticələr çıxara biləcəyinə inandığını söyləyib

Xatırladaq ki, ABŞ Federal Aviasiya İdarəsinin yaydığı məlumatda yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında “American Airlines” təyyarəsi ilə “Black Hawk” hərbi helikopterinin toqquşduğunu açıqlayıb.

Paytaxt Vaşinqton yaxınlığında hava limanı yaxınlığında baş verən qəzada içərisində 60 sərnişin və 4 nəfərlik ekipajı olan sərnişin təyyarəsi və 3 hərbçini daşıyan hərbi vertolyot Potomak çayına düşüb və səlahiyyətlilər sağ qalanların olmadığını açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
28
ikisahil.az

1Mənbələr