AZ

Bu ildən məktəb və xəstəxanalarda iş saatları dəyişəcək -tarixdə ilk təcrübə...

Image

Elçin Bayramlı: “Nəqliyyat sıxlığının qarşısını almaq üçün iş saatları dəyişdirilməlidir”

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında əks olunub.

Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək. NK və ƏƏSMN, ETN, SN, TƏBİB, NƏŞ tərəfindən müvafiq siyahılar təsdiq ediləcək və müvafiq siyahıya uyğun dəyişkən iş rejimi təşkil ediləcək.

Maraqlıdır, dəyişkən iş rejimi tıxacın, nəqliyyat sıxlığının  qarşısını ala biləcəkmi? 

“Bakıda müşahidə olunan nəqliyyat sıxlığının səbəblərindən biri odur ki, bütün iş yerləri, təhsil müəssisələri, digər obyektlərdə iş eyni vaxtda başlayır və bitir”

Sosioloq Elçin Bayramlı baki-xeber.com-a bildirdi ki,  Bakıda tıxac probleminin əsas səbəblərindən biri bütün dövlət qurumlarının, təhsil müəssisələrində iş yerlərinin eyni vaxtda fəaliyyətə başlaması və iş gününün eyni saatda başa çatmasıdır: “Bakıda müşahidə olunan nəqliyyat sıxlığının səbəblərindən biri odur ki, bütün iş yerləri, təhsil müəssisələri, digər obyektlərdə iş eyni vaxtda başlayır və bitir. Burada nəqliyyatın üzərinə də çox ağır yük düşür, yollarda böyük tıxaclar yaranır, metrolarda, avtobuslarla hədsiz sıxlıq yaranır. Bu problemin qarşısının alınması üçün iş saatları dəyişdirilməlidir. Bununla yanaşı, şəhərdə nəqliyyat infrastrukturunun inkişafı lazımdır. Yəni burada metrostansiyaların sayının artırılması, tramvay, trolleybus kimi sistemlərin bərpası, şəhərətrafı elektrik qatarları sisteminin təşkilinə ehtiyac var. Şəhərin müxtəlif hissələrinə yeni metro xətlərinin çəkilməsi vacibdir. Alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi tıxacların qarşısını ala bilər”.

Günel CƏLİLOVA






Seçilən
26
baki-xeber.com

1Mənbələr