![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/0527248b4cbf8b2aacf1525361e7a8ad.webp)
Türkiyənin erməni əsilli keçmiş deputatı Karo Paylan Azərbaycanla bağlı Ermənistanın hiyləgər planının üstünü açıb. O, deyib ki, Ermənistan bir tərəfdən Bakıya sülh əlini uzatmalı, digər tərəfdən də Azərbaycana yenidən hücuma hazırlaşmalıdır.
Paylanın sözlərinə görə, Ermənistanın Azərbaycana yenidən hücumu üçün 3-5 il vaxt lazımdır. O, ABŞ və Fransanın dəstəyi ilə daha da güclənəcəklərini bildirib: “İndi onlara cavab verməyə gücümüz çatmır. Azərbaycana cavab vermək üçün ən azı 3-5 il vaxt lazımdır. Bu arada digər əlimizi də onlara uzatmalıyıq. Siyasətimiz bu olmalıdır. Sülhə nail olmaq üçün bizim Fransa və ABŞ kimi güclü tərəfdarlarımız olmalıdır. Düşünürəm ki, cənab Tramp bu məsələdə öz siyasətini müəyyən etsə, hədəflərimizə çatmaq bizim üçün daha asan olar. Vaxt qazanıb və sonra iqtisadiyyatımızı, ordumuzu gücləndirərik. Bu isə 3-5 il ərzində baş verə bilər”.
Erməni əsilli Paylan bu sözlərlə hələ də Azərbaycan torpaqlarında gözlərinin olduğunu və bir tərəfdən sülh tərəfdarı kimi görünüb, digər tərəfdən də müharibəyə hazırlaşmalı olduqlarını bildirərək ikiüzlülüklərini ortaya qoyur.
Qeyd edək ki, Karo Paylan üç müddət deputat olub və hazırda da Türkiyədən təqaüd almaqda davam edir.
TAHİR