“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev Azərbaycanda işlədiyi dövrü xatırlayıb. Msport.az xəbər verir ki, hazırda “Krasnodar”a rəhbərlik edən mütəxəssis Matç.tv-yə açıqlamasında belə deyib:
“Hətta Azərbaycanda işləyəndə Sergey Qalitski (“Krasnodar”ın sahibi – red.) ilə müəyyən əlaqələrimiz var idi. Bu münasibətlər davam edir və mən bunu yüksək qiymətləndirirəm. Azərbaycandan işlədikdən sonra məndə dəyişikliklər olubmu? Əlbəttə, dəyişirəm. İldən-ilə daha təcrübəli oluram, fikirləşirəm ki, işimdə daha çox şeyləri yaxşı edirəm. Məşq prossesinin planlaşdırılması, taktika nöqteyi-nəzərdən və s. Mənə elə gəlir ki, bu sahələrdə irəli getmişəm”.
Xatırladaq ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah”ın baş məşqçisi olub.