![Müğənni](https://ulusum.az/uploads/posts/2025-02/5b7ceb02d2_artworks-000231665287-lek9zt-t500x500.webp)
Bu gün müğənni Rüfət Mehdiyevin anım günüdür. Onun vəfatından 14 il ötürRüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.O, 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində, 1986-1992-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb.1989-cu ildən musiqi ilə məşğul olub.1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlayıb.İfaçı "Həyatı sevirəm", "Darıxdım", "İl keçdi", "Druzya", "Odlar yurdum" kimi sevilən mahnılar səsləndirib.Sənətçi 2008-ci ildə "Space TV"də "Qış nağılı" (2004) və "Baharın nağılı" 2008 film-verilişlərində çəkilib.Rüfət Mehdiyev 2011-ci ilin fevralın 1-də, 42 yaşında qəflətən dünyasını dəyişib.Müğənninin ölümünə səbəb insult olub. O, Nizami rayon qəbristanlığında torpağa tapşırılıb.Mərhumun üç qızı, bir oğlu var.
Diqqət Çəkənlər
Partlayışda ölən şəxsin qardaşı hadisədən danışıb
HAMAS 1 fevralda ABŞ və Fransa vətəndaşlarını azad edəcək
Filadelfiyada təyyarə qəzasının təfərrüatları məlum olub