Türkiyənin "Qalatasaray" klubu daha bir dünya ulduzunu heyətinə qatıb.
"Cebheinfo.az" xəbər verir ki, İstanbul təmsilçi İtaliyanın "Milan" klubunun futbolçusu Alvaro Moratanı transfer etmək üzrədir.
"Cim-Bom" 32 yaşlı hücumçunu 6 aylıq icarəyə götürəcək. Lakin "Qalatasaray" 8 milyon avro qarşılığında müqaviləni 1 il artırma hüququna da sahib olacaq. Onun yaxın vaxtlarda İstanbula gələrək tibbi müayinədən keçməsi gözlənilir.
Qeyd edək ki, Morata bu mövsüm "Milan"da 25 matça çıxıb. O, bu matçlarda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ulduz futbolçu karyerası ərzində "Real Madrid", "Yuventus", "Atletiko Madrid" və "Çelsi" kimi klublarda da çıxış edib. O, 2 dəfə Çempionlar Liqasının qalibi olub.