Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, xarici kəşfiyyat agentlikləri etirazlardan ölkəni daxildən məhv etmək üçün istifadə edir.
Publika.az xəbər verir ki, bu barədə o, Trstenik şəhərində çıxışı zamanı danışıb.
“Problem məni devirmək istəmələrində deyil, problem Serbiyanı məhv etmək istəmələrindədir”, - Vuçiç deyib.
Bundan əvvəl Miloş Vuçeviçin Serbiyanın baş naziri vəzifəsindən könüllü getdiyi bildirilirdi. O, gənclərin və müxalifətin kütləvi etirazlarında xarici təşkilatçıların da iştirak etdiyini bildirib.