AZ

İranda mediaya təzyiqlər davam edir: Daha bir jurnalist dindirilib

İranda media işçilərinə təzyiqlərin davamı olaraq daha bir xanım jurnalist təhdidlərlə üzləşib.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, jurnalist və ictimai fəal Məryəm Şükrayi, Tehranda SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinə çağırılaraq dindirilib.

Onun dindirilməsi barədə dəqiq məlumat verilməsədə, bunu jurnalistin tənqidi yazları ilə bağlı olduğu ehtimal edilir.

Məryəm Şükrayi bundan əvvəl də, peşə fəaliyyətinə görə bir neçə dəfə saxlanılıb.

Qeyd edək ki, son 1 il ərzində İranda 256 jurnalistə qarşı iş açılıb, 36 jurnalist həbs edilib və 11 jurnalist barədə əvvəllər verilən həs cəzası icra edilib.

visiontv.az



Seçilən
9
visiontv.az

1Mənbələr