Bakı. Trend:
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilənəməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuzdövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş ElcanMirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar.
Trend-in yerli müxbirininməlumatına görə, həmin şəxslərə məxsus 5 kiloqram marixuanaaşkarlanaraq götürülüb.
Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıqyolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkiletməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsindəhəbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.