Bişkek.Trend:
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Şurası (AQİF)Qırğızıstanda 9 meqavat gücdə kiçik su elektrik stansiyasınıninşasının maliyyələşdirilməsini təsdiqləyib.
Trend Qırğızıstanİqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən xəbər verir ki,Fondun Şurasının Bakıda keçirilən 4-cü iclasında bir sıralayihələr, o cümlədən 300 iş yeri olacaq tikiş fabrikinin inşasıilə bağlı layihə təsdiq olunub.
İclasın yekunlarına əsasən, Fondun investisiya siyasəti və onunfəaliyyəti üçün digər sənədləri təsdiqlənib. Bundan başqa,çoxfunksiyalı mərkəzin tikintisinin maliyyələşməsi ilə bağlıkonsepsiya təsdiqlənib.
İclasın gedişində Qırğızıstanla Azərbaycan arasındaticari-iqtisadi əməkdaşlığın artıq yeni mərhələyə qədəm qoyduğu vəbütün istiqamətlərdə inkişaf etməyə davam etməsi vurğulanıb.
Həmçinin, iclas iştirakçıları Fondun prioritet istiqamətlərinəuyğun gələn perspektivli layihələrin portfelinin formalaşdırılmasıüzrə aktiv işlərin davam etdirilməsinə dair göstəriş verib.
Xatırladaq ki, Azərbaycan-Qırğızıstan Fondu 2023-cü ildə 25milyon dollarlıq nizamnamə kapitalı ilə yaradılıb. Fondun başlıcaməqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığa vasitəçiliketməkdir. Qırğızıstan prezidentinin 24 aprel 2024-cü ildə Bakıyarəsmi səfəri zamanı Fondun nizamnamə kapitalını 100 milyon dollaraqədər artırmış əlavə saziş imzalanıb.