AZ

Ermənistanda həmin görüntüləri yayan şəxsə cinayət işi açıldı


Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbərinə qarşı cinayət işi açıb.
Yeniavav.com
“Aysor.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, yanvarın 30-da sosial şəbəkələrdə bir qrup şəxsin İrəvanın “Respublika” meydanında Azərbaycan dilində “Qarabağ” mahnısını ifa etməsinin videosu yayılıb. Videonun yayılması geniş əks-səda doğurub.
Yanvarın 31-də MTX bəyanat yayaraq, “Respublika” meydanında mahnını oxuyanların dekabrın 30-dan yanvarın 3-dək Ermənistanda olan İran vətəndaşları olduğunu bildirib.
“Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən hərtərəfli istintaq-əməliyyat tədbirləri sayəsində internetdə yayılan videonun “Müstəqil Strateji Araşdırmalar Mərkəzi” ictimai təşkilatının rəhbəri Q.B. tərəfindən dərc edilməsinə dair faktiki sübutlar əldə edilib”, - MTX qeyd edib.
MTX həmçinin qeyd edib ki, Q.B.-nin dərc etdiyi post milli ədavəti və dözümsüzlüyü qızışdıran və ya təbliğ edən sözlərlə müşayiət olunur.
Bu iş üzrə materiallar Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsi ilə (ağırlaşdırıcı şəraitdə dözümsüzlük və nifrətin qızışdırılması, xüsusən də kütləvi informasiya vasitələrindən istifadə etməklə) İstintaq Komitəsinə təqdim edilib.
Seçilən
9
30
yeniavaz.com

10Mənbələr