AZ

İsveçdə Salvan Momikanın qətlində şübhəli bilinənlər azad edilib

İsveçdə

İsveç Prokurorluğu Qurani-Kərimi yandırma aksiyalarını təşkil edən Salvan Momikanın qətli ilə bağlı saxlanılan beş nəfərin azad edildiyini açıqlayıb.Baş prokuror Rasmus Oman bildirib ki, onlara qarşı olan şübhələr zəifləyib və artıq həbsdə saxlanılmalarına ehtiyac yoxdur.Xatırladaq ki, 30 yanvarda Stokholm yaxınlığındakı Södertalje şəhərində 38 yaşlı Salvan Momikanın cəsədi tapılmışdı. O, öldürülməzdən əvvəl TikTok-da canlı yayım aparırdı və güllələnmə anı kadrlara düşmüş ola bilər. Hadisə ilə bağlı beş nəfər saxlanılmışdı.Momika 2018-ci ildə İraqdan İsveçə köçüb və 2021-ci ildə üçillik yaşayış icazəsi alıb. 2024-cü ilin yayında isə ona əlavə bir illik müvəqqəti icazə verilmişdi. O, ilk dəfə 28 iyun 2023-cü ildə Stokholm mərkəzində Quranı-Kərimi yandırmışdı. İsveç prokurorluğu onu milli zəmində nifrət yaymaqda ittiham edirdi və ona qarşı dörd belə epizod irəli sürülmüşdü.Səidə

Diqqət Çəkənlər

Partlayışda ölən şəxsin qardaşı hadisədən danışıb

HAMAS 1 fevralda ABŞ və Fransa vətəndaşlarını azad edəcək

Filadelfiyada təyyarə qəzasının təfərrüatları məlum olub

Seçilən
61
ulusum.az

1Mənbələr