AZ

"Turan Tovuz” – “Səbail” - CANLI YAYIM

Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq "Turan Tovuz" autsayder "Səbail"i sınağa çəkəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.

Ardınca isə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da start götürəcək.

Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, "Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 21 xalı olan "Sumqayıt" altıncı, 15 xala malik "Səbail" isə sonuncu - onuncudur.

Turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

16:00. “Turan Tovuz” – “Səbail” 0:0

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Tovuz şəhər stadionu.

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Seçilən
6
sportinfo.az

1Mənbələr