AZ

Millimizin üzvü Türkiyə klubuna keçə bilər

Albaniyanın “Eqnatiya” klubundan ayrılmağa hazırlaşan millimizin üzvü Zamiq Əliyev karyerasını Türkiyədə davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, Türkiyənin “Antalyaspor” klubu futbolçumuza maraq göstərir.

Qardaş ölkə təmsilçisi artıq “Eqnatiya” ilə danışıqlara başlayıb. Tərəflər maliyyə məsələsində razılığa gəlsələr, Zamiq Əliyev Türkiyəyə yollanacaq.

Qeyd edək ki, Zamiq Əliyevin “Eqnatiya” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
26
bizim.media

1Mənbələr