"Liverpul"un yarımmüdafiəçisi Stefan Bayçetiç mövsümün ikinci yarısını İspaniya La Liqasında keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Mersisayd klubunun mətbuat xidməti yayıb.
20 yaşlı futbolçu "Las Palmas"a keçib. Qeyd olunub ki, futbolçu cari mövsümün sonuna kimi sözügedən komandada icarədə olacaq.
Bayçetiç mövsümün ilk hissəsini “Zalsburq”da icarə əsasında keçirib. O, Avstriyada 19 matçda qol vura bilməyib.
"Las Palmas" La Liqada 21 turdan sonra turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Mirağa