AZ

Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın "Mərkəz" hərbi qruplaşmalarının bölmələri Donetsk vilayətinin Krımskoye yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, həmçinin Donetskin Novoaleksandrovka, Dzerjinsk, Drujba, Lısovka, Slavyanka, Baranovka, Novoandrevka və Kotlino yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin dörd mexanikləşdirilmiş, motoatıcı, aeromobil briqadasının və Milli Qvardiya briqadasının canlı qüvvəsi və texnikasına zərbələr endirilib.
"Düşmən 570-ə qədər hərbçisini, iki tankını, o cümlədən Almaniya istehsalı olan "Leopard"ı, dörd ədəd döyüş zirehli maşını, doqquz pikap və üç səhra artilleriya qurğusunu itirib", - deyə nazirlikdən bildirilib.
Seçilən
18
46
oxu.az

10Mənbələr