Azərbaycan üçün avrokubok mövsümü başa çatıb.
İdman.biz xəbər verir ki, klublarımız 2024/25 mövsümünü 2,875 xalla başa vurub.
Azərbaycan toplanan xallara görə Avropada 35-cidir. Qitə kuboklarında iştirak edən 54 assosiasiya arasında 35-ci olan ölkəmiz yalnız 19-nu qabaqlayır. Aşağı sıralarda qərarlaşanların da təmsilçisi qalmadığı üçün bu mövqe dəyişməz qalacaq.
Bu, Azərbaycan üçün son 13 ildə ən uğursuz nəticədir. Sonuncu uğursuzluq 37-ci olduğumuz 2011/12 mövsümünə təsadüf edib. Avrokubokların qrupunda cığır açıldığı 2012/13 mövsümündən başlayaraq daha yüksək yerlər olub.
Ötən mövsümdən sonra isə futbolumuz sanki uçuruma düşüb. 17-ci yerdən 35-ciyə yuvarlanan ölkəmiz 18 pillə geriləyib.
il | əmsal | yer |
2011/12 | 1,375 | 37 |
2012/13 | 3,000 | 26 |
2013/14 | 2,500 | 29 |
2014/15 | 3,625 | 24 |
2015/16 | 4,375 | 23 |
2016/17 | 4,250 | 21 |
2017/18 | 4,375 | 21 |
2018/19 | 2,375 | 34 |
2019/20 | 3,375 | 26 |
2020/21 | 2,500 | 31 |
2021/22 | 4,375 | 24 |
2022/23 | 4,000 | 27 |
2023/24 | 5,875 | 17 |
2024/25 | 2,875 | 35 |
Qeyd edək ki, ölkəmiz üçün “Qarabağ”la “Zirə” hərəyə 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal qazandırıb.
Vüqar Xeyrullayev
İdman.biz