Seysmoloq Naci Görür Türkiyənin bəzi bölgələri üçün böyük zəlzələ xəbərdarlığı edib.
Publika.az xəbər verir ki, Görür qatıldığı bir proqramda zəlzələlərlə bağlı maarifləndirmə apardığını və insanları məlumatlandırmaq üçün çalışdığını bildirib.
O, 6 fevral zəlzələlərini xatırladaraq bu dəfə gözlənilən zəlzələnin Diyarbəkir üçün təsiri olmadığını, Şərqi Anadolu fayının Elazığ, Bingöl, Malatya, Adıyaman, Kahramanmaraş və Hataydan keçdiyini bildirib:
"Bunun Diyarbəkirlə heç bir əlaqəsi yoxdur. Amma yaxın bölgədə zəlzələ baş verəndə bura da ziyan görə bilir. Bir zəlzələ meydana gəldiyində, bu sistemlər 5 milyon ton dinamitin partlaması kimi böyük enerji istehsal edir. Əsl fəlakət o zaman baş verəcək”.