Türkiyəli aktyor Çağatay Ulusoy keçmiş sevgilisi Duygu Sarışınla bir araya gəlib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar aktyor Aras Bulut İynemlinin atasının dəfn mərasimində rastlaşıb.
Ulusoy keçmiş sevgilisi Duyğu Sarışını görüb və yanına gedərək salamlaşıb.
Qeyd edək ki, Çağatay Duyğu Sarışınla 7 illik münasibətini 2023-cü ilin yanvar ayında sonlandırıb.
Onun hazırda “Kübra” serialındakı tərəf müqabili Aslıhan Malbora ilə eşq yaşadığı bildirilir.