Biləsuvarda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 9 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Müəllif: Hacı Zeynalov