AZ

ABŞ-dan koronavirusla bağlı yeni açıqlama– Baydenin də bundan xəbəri var idi, ancaq həqiqəti xalqa açıqlamadılar...

Image

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) COVID-19 virusunun Çinin Uhan şəhərindəki bir laboratoriyadan yayıldığına dair son açıqlamasını dəyərləndirən Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, COVID-19-un Uhan şəhərindəki laboratoriyadan sızması ilə bağlı iddialar təsdiqlənmiş faktdır.

"(MKİ direktoru) Con Ratkliffi Amerika xalqına bu həqiqəti açıqladığına görə təbrik edirəm. Bayden administrasiyasının bu məsələ ilə bağlı Amerika xalqına həqiqəti açıqlamaq şansı var idi, lakin onlar nədənsə bunu etmədilər. İndi bunun təsdiqlənmiş bir fakt olduğunu bilirik. Bunun ortaya çıxması uzun illər çəkdi, lakin Prezident Donald Trump bu barədə haqlı idi" Ağ Evin sözçüsü deyib.

Qeyd edək ki, 2016-2020-ci illər arasında ilk prezidentlik müddətinin sonunda Covid-19 ilə bağlı açıqlamalar verən Tramp, virusun Çinin Uhan şəhərindəki laboratoriyadan çıxdığını və Çinin vaxtında lazımi tədbirləri görmədiyi üçün bütün dünyaya yayıldığını iddia edib, Çin isə bu iddiaları təkzib edir.

TAHİR





Seçilən
25
baki-xeber.com

1Mənbələr