AZ

Nəhəng asteroidin Yerlə toqquşma ehtimalı var

Bakı, TurkicWorld

Alimlər 2024 YR4 adlı 60 metr enində bir asteroidin 2032-ci ilin dekabrında Yerə çox yaxınlaşacağını açıqlayıblar.

TurkicWorld xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın hesablamalarına görə, 2024 YR4 106 min kilometr məsafəyə qədər yaxınlaşa bilər.

Lakin orbitdəki qeyri-müəyyənlikləri nəzərə alsaq, Yerlə birbaşa toqquşma ehtimalı da var .Hazırkı məlumatlara əsasən, mümkün toqquşma sahəsi Cənubi Amerika, Atlantik okeanı və Cənubi Afrika bölgələrini əhatə edir.

Əgər 2024 YR4 Yerə çarparsa,aAtmosferdə böyük partlayış (hava partlaması) və ya Yer səthində böyük bir krater yarada bilər.

Mütəxəssislər asteroidin 1908-ci ildə Sibirdə baş verən Tunquska hadisəsinə bənzər təsirlərə səbəb ola biləcəyini düşünürlər.

Asteroid ilk dəfə Çilidə ATLAS layihəsi çərçivəsində aşkar edilib, sonra Arizona Catalina Rəsədxanasında müşahidə olunub.
NASA-nın astronomları 2028-ci ildə asteroidin Yerə yaxın keçidini müşahidə edərək daha dəqiq hesablamalar aparmağı planlaşdırırlar.

Seçilən
58
turkic.world

1Mənbələr