AZ

Niyazi Mehdi palataya köçürülüb

Fəlsəfə elmləri doktoru, ədəbiyyatşünas alim Niyazi Mehdi palataya köçürülüb, müalicəsi davam etdirilir.

Bunu “Report”a açıqlamasında onun oğlu Toğrul Mehdi məlumat verib.

Onun sözlərinə görə, Niyazi Mehdinin hazırda huşu özündəndir, vəziyyəti stabildir.

“Ayaq damarları dizə qədər həkimlər tərəfindən açılıb, dizdən pəncəyə qədər olanları isə aça bilmədilər. Barmağında qaraltı var idi, ona görə barmağı amputasiya edilib. Hazırda həmin yara sağalmaq üzrədir. Həkim nəzarətindədir”, - əlavə edib.

Seçilən
51
5
report.az

6Mənbələr