AZ

Sudanda bazarda partlayış nəticəsində azı 40 nəfər həlak olub

Sudanın Omdurman əyalətində yerləşən bazarda baş verən partlayış nəticəsində azı 40 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyinə tibbi mənbələrdən məlumat verilib.

Mənbədən əlavə olaraq bildirilib ki, bu partlayışa Çevik Dəstək Qüvvələri ilə atışma səbəb olub.

Qeyd edək ki, Sudan da2023-cü ilin sonlarından başlayaraq ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttəh al-Burhan ilə Çevik Dəstək Qüvvələrin komandanı Məhəmməd Xamdan Daqlo arasında fikir ayrılığı yaranıb. Bu da toqquşmalara səbəb olub.

Seçilən
9
3
apa.az

10Mənbələr