Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, eləcə də Fələstin Azadlıq Təşkilatı və Ərəb Liqası beynəlxalq ictimaiyyəti Qəzza zolağının yenidən qurulması prosesinə ən qısa zamanda başlamağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlərin Qahirədə keçirilən görüşünün yekunları üzrə dərc olunmuş birgə bəyanatda deyilir.