Braziliyalı ulduz hücumçu Neymar "Santos"a qayıtmasını şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Globo Esporte" 32 yaşlı forvardın dediklərini belə çatdırıb.
“Mən bəzən futbol məntiqindən kənar qərarlar verirəm. Bəziləri isə sadəcə şoka salır. Etiraf edirəm ki, yanvarın əvvəlində “Əl-Hilal”dan ayrılıb, "Santos"a qayıdacağımı təsəvvür etmirdim. Ailəm xoşbəxt idi və mən oynamaq həvəsində idim. Amma vəziyyət elə oldu ki, qərar verməli oldum. Məşq zamanı kədərlənməyə başladım və bu, ağlıma pis təsir edirdi. Qayıtmaq fürsəti yarandı və mən bir saniyə belə tərəddüd etmədim. Atama "Santos"a qayıtmaq istədiyimi və hər şeyin yaxşı getdiyini söylədim.Hər kəs xoşbəxtdir".
Neymar tarixin ən bahalı futbolçusu olaraq qalır.
2017-ci ilin yayında PSJ braziliyalı üçün 222 milyon avro ödəmişdi.