AZ

Taylandda qəzaya uğrayan avtobusda mütəşəkkil turist olmayıb

Rusiya Turoperatorları Assosiasiyası (ATOR) bildirib ki, Taylandın Phuket adasında yoldan çıxaraq yamacda asılı vəziyyətdə qalan avtobusda mütəşəkkil rusiyalı turist olmayıb.

“Turoperatorların ilkin məlumatlarına görə, onların müştəriləri – mütəşəkkil rusiyalı turistlər sərnişinlər arasında olmayıb”, – TASS xəbər verir.

Assosiasiya etiraf edib ki, avtobus yerli ekskursiya şirkəti ilə işləyə bilərdi.

Bundan əvvəl Phuket adasında yamacda ilişib qalan avtobusda iki rusiyalının olduğu bildirilirdi . Onlar xəstəxanaya yerləşdirməkdən imtina ediblər.

Sərnişinlər arasında çinli turistlərin də olduğunu bildirib.

DOĞRU.AZ

Seçilən
31
dogru.az

1Mənbələr